Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dövrün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir

0

  • Azərbaycan yenidən formalaşan dünya nizamında Qoşulmama Hərəkatının nüfuzunu artırmaq, söz sahibliyini təmin etmək üçün mühüm addımları və çağırışları ilə diqqətdədir. 05.07.2023-cü il tarixdə Azərbaycan Respublikasının paytaxtı Bakı yenidən Qoşulmama Hərəkatına üzv ölkələrin görüşünə ev sahibliyi etdi. Bu görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham  Əliyev görüş iştirakçılarını salamlayaraq bu təşkilatın hansı zərurətdən yarandığını izah etdi. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu müddət yenidən 2023-cü ilin sonuna qədər uzadılmışdır.  Azərbaycan 2020-ci ilin sentyabrında 30 ilə yaxın Ermənistan Respublikası tərəfindən işğal edilmiş  ərazilərini öz gücü hesabına  işğalçılarda azad  etdi. İşğaldan azad  edilmiş  ərzilərdə dağıdılmış, talan edimiş yaşayış məntəqələri, məscidlər, qırılmış,yandırılmış meşələr, məhv  edilmiş su mənbələri beynəlxalq  təşkilatlardan gəlmiş  nümayəndələr  tərəfindən  barbarçılıq  kimi  qeyd  olunmuşdur. Buna baxmayaraq, işğalçı  Ermənistanı dəstəkləyən  Fransa prezidenti  öz  çirkin müstəmləkə  keçmişindən  bixəbər  kimi  insan  haqlarından  dəm  vurur. İşğal etdiyi  və müstəmləkəyə  çevirdiyi xalqların azadlıq  mübarizəsi  aparan qəhrəmanlarının  kəllə sümüklərini  hələ də  öz ölkəsində  fəxarətlə  saxlayıb  nümayiş  etdirən bir ölkəyə nə ad vermək  olar? Sadə vətəndaş  məntiqi ilə belə  düşünmək  olar ki, Fransa  Azərbaycan  ərazisində  gələcəkdə  qurbana  çevrilməkdən  xəbərsiz  olan erməni  müstəmləkiçiliyi  yaratmaq xülyasındadır. Lakin  Azərbaycanın haqq işi, ərazi bütövlüyü  beynəlxalq  təşkilatlar  və  sülsevər,  ədalət  tərəfdarı  olan dünya dövlətləri  tərəfindən  daim  dəstəklənir.  Azərbaycan BMT-nin, ATƏT-in 30 ilə  yaxın çoxsaylı qərarlarını 44 günə  təmin  etdi. Bu gün Azərbaycan  ərazisində yaşayan sadə erməni  vətəndaşları Fransanın bu hərəkətinin  onların  gələcəyi  üçün real  təhlükədən  başqa  bir  şey olmadığını dərk etməlidir.  Azərbaycan  öz  suverenliyi, ərazi  bütölüyü  ilə  bərabər burada yaşayan millətlərin nümayəndələrinin hüquq və azadlıqlarına  daim  hörmətlə  yanaşmaqdadır.                                                          Aydın Həsənov,                                     Xocalı rayonundan məcburi köçkün

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib41 dəfə
    dövrün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün təhlükəsizliyin təmin edilməsidir

    Maraqlı gələ bilər
    44
    55